waplog

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumatların saxlanılması üçün yeni avadanlıq alır


Azərbaycan Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumatların saxlanılması üçün yeni avadanlıq almaq niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda  nazirlik təchizatçı şirkətlərin təkliflərini dəyərləndirir.
 
Yeni avadanlıq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində olan məlumatların ehtiyat surətlərini saxlamaq üçün avtomatlaşdırılmış sürətli lent tipli avadanlıqlardan ibarətdir.
 
Bu ilin sonuna kimi qeyd edilən avadanlıqların alınması və tətbiqinə başlanması nəzərdə tutulur.
 
Aynur Vəliyeva



 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL