waplog

Nişan üzüyü əvəzinə 99 ədəd “iPhone 6” smartfonu təqdim edib


“The Telegraph” nəşri yazır ki, Çinin Quancjou əyalətindən proqramçı sevgilisinə hədiyyə kimi 99 ədəd “iPhone 6” smartfonu satın alıb və buna təxminən 80 min dollar xərcləyib.

Qız çoxsaylı şahidlərin önündə belə romantik jesti rədd edib və baş tutmayan eşq etirafı ilə bağlı hazırlanan həvəskar fotoreportaj “Weibo” sosial şəbəkəsində dərc edilib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, çinli gənc “Apple” smartfonlarını satın almaq üçün iki illik gəlirini xərcləyib. Bu məbləğ orta statistik yerli işçinin 17 illik qazancına bərabərdir.
 
Gənc oğlan satın aldığı qurğuları qutuları ilə birgə səkidə ürək formasında düzüb. Onun fikrincə, səkidə ürək formasında düzülmüş “iPhone” smartfonu gəlin üçün nişan üzüyünü əvəz etməli idi. Gənc oğlan, həmçinin gələcək həyat yoldaşı kimi görmək istədiyi xanıma buket təqdim etmək istəyib.
 
Qız oğlanın bu jestini qiymətləndirməyib, proqramçının dostları və həmkarları imtinanın şahidi olublar.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL