waplog

“Amazon” Böyük Britaniyada bağlamaların çatdırılması üçün pilotsuz təyyarələrini sınaqdan keçirəcək


Dünyanın ən böyük internet-riteyleri "Amazon" Böyük Britaniya ərazisində bağlamaların çatdırılması üçün dronlarını sınaqdan keçirməyə hazırlaşır.

"Business Insider" nəşri yazıb ki, şirkət Kembricin "Evi Technologies" startapını satın aldıqdan iki il sonra uçuş aparatlarının sınağında kömək edə biləcək mühəndis və ekspertlərin axtarışı ilə məşğul olub. Belə sınaqlara hərbi mütəxəssislərin cəlb ediləcəyi istisna deyil.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sınaqların başlanma tarixi dəqiq məlum deyil.

"Prime Air" adlandırılmış layihə gələcəkdə bağlamaların sifarişinin təsdiqindən 30 dəqiqə sonra onları almağa imkan verəcək. "Amazon"un sürücüsüz təyyarələri 122 metr hündürlükdə uçacaq və çəkisi 25 kq-dan ağır olmayacaq, bu halda bağlamanın maksimal çəkisi 2,3 kq olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL