waplog

“Azərpoçt” MMC “Master Card”la əməkdaşlıq edəcək


“Azərpoçt” MMC-nin “Master Card” beynəlxalq ödəniş sistemi ilə apardığı danışıqların nəticəsi uğurlu olub. Müəssisədən verilən məlumata görə, “Azərpoçt” MMC noyabr ayının əvvəllərində beynəlxalq ödəniş sisteminin qəbul etdiyi beynəlxalq statuslu yeni plastik kartlar buraxacaq.

Belə ki, bu kartlar “Azərpoçt” MMC-nin müştərilərinə beynəlxalq ödəniş sisteminin imkanlarından maksimum yararlanmasına şərait yaradacaq. Bank sektorunda ilk addımlarını atan “Azərpoçt” MMC bununla növbəti uğuruna imza atmış olacaq.

Qeyd edək ki, müəssisənin danışıqlar apardığı “Visa İnternational” beynəlxalq ödəniş sisteminin Moskva nümayəndəliyinin irəli sürdüyü şərtlər əlverişli olmayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL