waplog

Kosmosda hotel: iki günlük istirahət 165 min dollara


Rusiyanın kosmik araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri açıq kosmosda, yerdən 217 mil hündürlükdə hotel yaratmaq niyyətində olduğunu bəyan edib.

“Orbital texnologiyalar” şirkəti iddia edir ki, kosmik hotel 2016-cı ildə açıla bilər.

Kommersiya kosmik stansiyasında (hotel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulmuşdur, onların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcəkdir.

Hoteldə istirahət ucuz başa gəlməyəcəkdir. Böyük ehtimalla, uçuşun qiyməti 410 min dollar, hoteldə 2 günlük istirahət haqqı isə 165 min dollar olacaqdır.

“Orbital texnologiyalar” şirkətinin qonaqları dadlı təamlardan dadacaqlar, amma alkoqollu içkilərdən istifadə onlar üçün qadağandır.

“Proqress” və “Soyuz” gəmilərinin xidmət göstərəcəyi hotel təkcə istirahət üçün nəzərdə tutulmamışdır, burada elmi araşdırmalar da aparılacaqdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL