waplog

Azərbaycanın mobil rəqəmsal imza sahəsində qabaqcıl təcrübəsi Sankt-Peterburqda keçirilmiş beynəlxalq konfransda təqdim edilib


18-20 noyabr 2014-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq informasiya texnologiyaları, mexanika və optika milli tədqiqat universiteti tərəfindən təşkil edilən “Elektron idarəetmə və açıq cəmiyyət: Avrasiya çağırışı” (EGOSE 2014) mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və “Asan İmza” mobil elektron imzanın yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe də iştirak edir.
 
1998-ci ildən təşkil edilən konfransın keçirilməsində məqsəd kapital, məhsul və xidmətlər və insan resursları amillərinin çərçivəsində inteqrasiyanın aktual məsələlərinin müzakirəsi üçün meydanın yaradılmasından ibarətdir. Müasir informasiya texnologiyalarının hökumətlərin və cəmiyyətin həyatında oynadığı rol nəzərə alınaraq, bu tədbirin keçirilməsi qarşılıqlı informasiya əlaqələrinin inkişafı perspektivlərinin təhlili və modelləşdirilməsi, eləcə də ən yaxşı təcrübələrin mübadiləsi baxımından geniş imkanlar yaradır.   
 
Konfransda “Mobil identifikasiya – mobil hökumətin açar elementi” mövzusunda təqdimatla çıxış etmiş xanım Krimpe Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqi sahəsində əldə edilmiş uğurlardan bəhs etmiş və mobil telefonda elektron imza texnologiyası olan unikal “Asan İmza” layihəsini iştirakçılara təqdim etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın bu texnoloji məhsulunu digər oxşar həllərdən fərqləndirən başlıca cəhət “Asan İmza” vasitəsilə istənilən mobil telefondan istifadə edərək rəqəmsal imza etmək imkanının olmasıdır. Vurğulanmışdır ki, dünyada ilk dəfə olaraq Azərbaycanda mobil rəqəmsal imza texnologiyasının tətbiqi zamanı dövlət və özəl sektorun tərəfdaşlığı prinsipi nəzərə alınmışdır ki, bu da bu texnologiyanın olduqca yüksək templərlə tətbiqi və inkişafına zəmin yaradır və eyni zamanda, digər ölkələr üçün mühüm maraq kəsb edir.
 
Konfrans ərzində təqdim edilmiş “Asan İmza” mobil imza texnologiyası iştirakçıların böyük marağına səbəb olmuş və elektron xidmətlərin realizasiyasında innovativ həllərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsi auditoriya tərəfindən yüksək qiymətləndirilmişdir.
 
Qeyd etmək lazımdır ki, Azərbaycanın innovativ İT brendi olan “Asan İmza” texnologiyası beynəlxalq miqyasda fəal surətdə təşviq edilir və hazırda bir sıra ölkələrlə bu texnoloji məhsulun ixracı istiqamətində danışıqlar aparılır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL