waplog

Yerli bank müştəriləri üçün kredit ödənişlərini onlayn qaydada aparmaq imkanı yaradıb


Azərbaycanın bank sistemində onlayn ödəniş xidmətlərinin tətbiqi sürətlə genişləndirilir.
 
Növbəti olaraq “NBCBank” “AzeriCard” prosessinq mərkəzi ilə birgə öz müştəriləri üçün kredit borclarını bankın rəsmi səhifəsi vasitəsilə  onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini işə salıb. 
 
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, xidmətdən yararlanmaq üçün “www.nbcbank.az” saytının “Kreditin onlayn ödənişi” səhifəsinə daxil olaraq ilk növbədə müştərinin İD-sini və doğum tarixini daxil etmək tələb olunur. Növbəti səhifələrdə ödəniləcək məbləği, kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.
 
Qeyd edək ki, cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL