waplog

“Telefónica” axsam mobil şəbəkələri “Standby” rejiminə keçirəcək


Dünyanın abunəçi sayına görə dördüncü mobil operatoru “Telefónica” İsrailin  mobil infrastrukturla məşğul olan “eVolution Networks” “startup”ını (yenicə fəaliyyətə başlayan şirkət) Cənubi Amerikada mobil şəbəkələrin enerji sərfiyyatının idarə olunmasına kömək üçün əməkdaşlığa cəlb edib.
 
“eVolution” şirkətinin proqram təminatı xidmətlərə tələbat zəif olanda və baza stansiyalarının tam gücü ilə işləməsinə ehtiyac olmayanda "Telefónica” şəbəkəsinin bir qismini “Standby” rejiminə keçirəcək.
 
Pik olmayan vaxtda şəbəkənin tutumunu azaldan “eVolution” mobil operatorun baza stansiyalarının enerji sərfiyyatını 35 faiz azaldaraq mobil şəbəkənin ümumi istismar gücünü həm ucuz, həm də ekoloji baxımdan təmiz edir.
 
“eVolution” ilk əməkdaşlığı Yamaykanın “Digicel” operatoru ilə qurub. Lakin "Telefónica” Avropa və Amerikada fəaliyyət göstərməklə dünyada nəhəng transmilli operatorlardan biridir.
 
Sövdələşmədə “Telefónica”nın yalnız Cənubi Amerikada həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulsa da, bu, enerji sərfiyyatının idarə olunmasında qabaqcıl texnologiyaları tətbiq edən yeganə operator deyil.
 
Belə ki, “GreenTouch” sənaye konsorsiumu telekommunikasiyada diqqəti böyük buraxılış qabiliyyətinə malik şəbəkələrin tikintisindən az enerji sərf edən şəbəkələrə yönəltməyə çalışır.
 
Həmçinin “SK Telecom” operatoru Cənubi Koreyada "Ericsson” şirkəti ilə birlikdə fəaliyyət göstərməklə şəbəkələrdə oxşar “Standby” texnologiyasını tətbiq etmək istəyir, - "Telekomza” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL