waplog

Dünyanın ən böyük “selfi”si çəkilib (FOTO)


Banqladeşdə mindən çox insan kütləvi "selfi"nin iştirakçısı olub. 








"ICTnews" elektron xəbər xidməti "rg.ru" saytına istinadən bildirir ki, kütləvi (qrup) "selfi" "Nokia Lumia 730" smartfonunun köməyi ilə çəkilib. Qrup "selfi"sində 1151 hindli iştirak edib, bundan sonra fotoşəkil "Facebook" sosial şəbəkəsində "Microsoft Lumia Bangladesh" səhifəsində dərc edilib. 20 mindən çox istifadəçi fotoşəkli "layk" edib. Fotoşəkil aktiv şərh olunub, qrup "selfi"si üçün yeni termin (qrufi) təklif edilib.

Xatırladaq ki, "Nokia Lumia 730" smartfonu 5 meqapiksellik ön kamera ilə təchiz edilib və "məhz "selfi" üçün yaradılıb" ideyası cihazın şüarıdır.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL