waplog

“Azərspace” üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır


Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azərspace" üzərindən yayımlanan televiziya və radio kanallarının sayı günü – gündən artmaqdadır. Hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib. "Azərkosmos"-dan bildirilib ki, sözügedən kanalların 117 –si televizya, 13-ü isə radiodur.
 
 
Qeyd edək ki, "Azərspace" üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır.
 
Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL