waplog

Kanada şirkəti Almaniya ilə əməkdaşlığa dair saziş imzalayıb


Kanadanın “BlackBerry” smartfon istehsalçısı Almaniya hökumətinə öz məhsullarına nəzarət hüququ verib. Həmçinin şirkət Almaniyanın “Secusmart” təhlükəsizlik sistemləri istehsalçısını satın almaq icazəsi alıb.
 
Məqsədi rabitənin dinlənilmədən mühafizəsi olan saziş çərçivəsində "BlackBerry” Almaniya Federal İnformasiya Texnikası Təhlükəsizliyi İdarəsinə qurğuların əməliyyat sistemlərinin çıxış kodunu təqdim edəcək. Boşluqlar aşkar olunacağı təqdirdə şirkət bu barədə Almaniya hakimiyyətini məlumatlandıracaq. “BlackBerry” nümayəndələri tərəfdaşları əmin ediblər ki, şirkət məxfi informasiyanı xarici xüsusi xidmət orqanlarına ötürmək barədə öz üzərinə öhdəlik götürməyib.
 
“BlackBerry” tərəfindən mobil telefonların təhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan “Secusmart” şirkətinin satın alınması ilə bağlı planlar barədə bu ilin yayında məlum olub. Lakin əvvəlcə Almaniya İqtisadiyyat Nazirliyi sazişə razılıq verməyərək yoxlamalar aparıb. Nəticədə hakimiyyət “Secusmart”ın satılmasının Almaniyanın təhlükəsizlik maraqlarına xələl gətirməyəcəyi barədə qərar verərək sazişi təsdiq edib, - "NEWSru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL