waplog

Obama polislərin daşınan kameralarla təchizinə 263 milyon dollar ayrılmasını təklif edib


ABŞ prezidenti Barak Obama 263 milyon məbləğində dövlət maliyyələşdirməsinə malik "Body Worn Camera Partnership Program" federal proqramını işə salmaq təşəbbüsü ilə çıxış edib.

Bu proqramın həyata keçirilməsi üç ildə polislərin daşınan kameralarla təchizinə imkan verəcək. Bu məbləğ 50 min kamera, həmçinin lazımi köməkçi avadanlığın satın alınmasına kifayət edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Ağ ev”in açıqlamasına görə, bu tədbir polislərin hərəkətlərinə nəzarəti gücləndirməyə imkan verəcək, həmçinin yerli icmalar və hüquq-mühafizə orqanları arasında etibarın möhkəmlənməsinə  kömək edəcək.
 
Obamanın təklifi Ferqüson şəhərindəki iğtişaşlar fonunda səslənib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL