waplog

“BMW”-nin əməkdaşları “Microsoft Lumia” smartfonu istifadə edəcək


Almaniyanın “WParea” nəşrinin məlumatına görə, “BMW” şirkəti öz əməkdaşları üçün 57 min “Microsoft Lumia” smartfonu satın alacaq. Adi əməkdaşlar üçün nəzərdə tutulmuş “Lumia 630” smartfonu sifarişin əsasını təşkil edəcək, top menecerlər isə “Lumia 920/930” smartfonlarına sahiblənəcək.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, hazırda sözügedən avtomobil şirkətinin əməkdaşları “Nokia” şirkətinin “Symbian” platforması ilə işləyən köhnə mobil telefonlarından korporativ qurğu qismində istifadə edirlər.

Məlumata görə, “Hyatt” mehmanxanalar şəbəkəsi, “British Telecom”, “CaixaBank” və “Delta Airlines” şirkətləri də “Microsoft”un smartfonlarından istifadə edir.

Emil Hüseynov
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL