waplog

“Azərbaycanda Milli İnnovasiya Sisteminin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki seminarı keçiriləcək


“Azərbaycanda Milli İnnovasiya Sisteminin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki seminarı keçiriləcək. Seminar AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) təşkilatçılığı ilə  dekabrın 9-da saat 10:00-dan 13:00-dək AMEA-nın inzibati binasının (Hüseyn Cavid pr-ti 31) ikinci mərtəbəsində yerləşən kiçik konfrans zalında təşkil ediləcək.
 
EİM-dən qeyd edilib ki, seminarda Milli İnnovasiya Sisteminin formalaşması və idarə olunması, elm və təhsil müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi, Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti, sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri kimi məsələlər müzakirə olunacaq.
 
Seminarda elmi innovasiya sahəsində çalışan alimlər, dövlət qulluqçuları, ekspertlər və iş adamlarının iştirakı nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL