waplog

İqtisadiyyat və Sənaye Nazirliyi quruma daxil olan elektron müraciətlərin sayını açıqlayıb


Bu ilin 11 ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) 13 minə yaxın elektron müraciət ünvanlanıb.
 
İSN-dən verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında nazirliyə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 12700-dən çox, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 80, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 5, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən inzibati cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi üçün 58 elektron müraciət daxil olub. 


Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL