waplog

“Microsoft” şirkəti “Bitcoin” kriptovalyutasının köməyi ilə rəqəmli məzmun üçün ödənişin qəbuluna başlayıb


ABŞ-ın “Microsoft” korporasiyası “Bitcoin” kriptovalyutasının köməyi ilə “Windows Phone” smartfonları və “Xbox” oyun konsolları üçün oyun və başqa rəqəmli məzmuna görə ödənişin qəbuluna başlayıb.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Bitcoin” virtual valyutası 2009-cu ildə çıxarılıb və o vaxtdan etibarən internet istifadəçiləri arasında populyarlıq qazanmağa başlayıb.

Bitkoinin özəlliyi ondan ibarətdir ki, onu sahibindən müsadirə etmək olmaz. Virtual valyuta, həmçinin onun sahibinə zərurət olduqda tam anonimliyi saxlamağa imkan verir. Son zamanlar dünyanın bir sıra ölkələrinin virtual valyutadan istifadə ilə bağlı tətbiq etdiyi qanunvericilik məhdudiyyətləri onun vəziyyətini pisləşdirib.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL