waplog

Yerli "startup"çılar MDB ölkələrinin “startup”ları üçün keçirilən müsabiqədə iştirak edə bilər


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları üzrə irəliləmək istəyən, öz biznesini yaratmağa çalışan gənclər üçün yeni bir imkan yaranıb. Gənclər ideyalarını həyata keçirmək üçün lazım olan vəsaiti əldə edə bilərlər. Belə ki, ölkə üzrə yeni bir startap müsabiqəsi keçirilir.
 
Məşhur "NOD32" antiviruslarının istehsalçısı olan "ESET" şirkəti startapların ideyalarını, hazırladıqları layihələri qəbul etməyə hazır olduğunu  açıqlayıb. Şirkət qeyd edir ki, müsabiqədə bütün MDB məkanına daxil olan ölkələrdən  "startup"çılar iştirak edə bilər.
 
"ESET"-in yaydığı məlumata görə, onlar MDB-də İT üzrə fəaliyyət göstərən gənclərin qarşılaşdıqları təhlükəsizlik problemləri və onları necə həll etmələri haqqında öz təcrübələrini paylaşmaq niyyətindədir. Ən maraqlı təcrübənin sahibi olan startapı Silikon Vadisinə "DEEP DİVE" proqramı çərçivəsində təcrübə proqramına aparacağına söz verən "ESET" müsabiqəyə hələ 2014-cü ilin avqust ayında start verib və sənədlərin qəbul müddəti gələn il fevralın 21-də başa çatacaq.
 
Qeyd edək ki, "Deep Dive" – "startup" qurucuları üçün ikihəftəlik proqramdır. Bu müddət ərzində iştirakçılar bazarın lider şirkətlərinin təcrübələri ilə yaxından tanış olur, tanınmış İT şirkətlərin top-menecerləri ilə görüşlər keçirirlər.
 
Məlumat üçün bildirək ki, müsabiqəyə qatılmaq istəyən azərbaycanlı gənclər «Mı ESET» (https://club.esetnod32.ru/events/contest/startup/) potalında  qeydiyyatdan keçərək, öz profil şəklini (və ya "startup"ın loqosunu) əlavə etməli, startap haqqında ətraflı bəhs etməlidir. Bundan sonra "İştirak etmək" düyməsinə klikləmək lazımdır.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL