waplog

Azərbaycanda innovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi müzakirə ediləcək


Azərbaycanda innovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi müzakirə ediləcək. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Direktorlar Şurasının növbəti iclasının gündəliyinə daxil edilib.
 
İclasın gündəliyinə daxil olan digər mühüm məsələlər “Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi”, “İllik hesabatların müzakirəsinin təşkili”, “Elmi tədqiqat proqramlarının müsabiqəsi” “AMEA-nın nəşriyyat planı”  haqqındadır. AMEA-qeyd edilib ki, akademiyanın elmi müəssisələrinin sözügedən iclası dekabrın 17-də saat 15:00-da AMEA-nın Əsas binasında keçiriləcək. İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının idarə və şöbə rəisləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər alim və mütəxəssislər iştirak edəcək.
 
Qeyd edək ki, AMEA Elmi Müəssisələrinin Direktorlar Şurası AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə yaradılıb.
 
 Direktorlar Şurasının yaradılmasında əsas məqsəd AMEA-da idarəetmənin və aparılan islahatların səmərəliliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, elmi tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin hazırlanması, həmçinin inzibati-idarəetmə sahəsində peşəkarlığın yüksəldilməsidir.
 
Direktorlar Şurasının sədri AMEA prezidenti, akademik Akif Əlizadədir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL