waplog

“LG” şirkəti hibrid planşetini nümayiş etdirib


Cənubi Koreyanın “LG” elektronika istehsalçısı “Tab Book Duo” hibrid planşet kompüterini nümayiş etdirib. Bu qurğu simsiz klaviatura sayəsində noutbuk kimi də işlədilə bilər.
 
“LG Tab Book Duo” modeli 10,1 düymlük “IPS” ekranla təchiz edilib. İstehsalçılar ekranın təsvir ölçüsünü açıqlamayıblar, jurnalistlər “Full HD” (1920x1080) formatının dəstəyini güman edirlər.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparata “Windows 8.1” əməliyyat sistemi quraşdırılıb.
 
Bundan başqa, yeni planşet “Bluetooth” klaviatura, “USB 3.0” və “HDMI” portları, 11 saatlıq avtonom iş rejiminə imkan verən akkumulyator batareyası ilə təchiz edilib. Planşetin çəkisi 530 qram, klaviatura isə 260 qramdır.
 
“LG Tab Book Duo” hibrid aparatı artıq Cənubi Koreya bazarında satışa çıxarılıb. Qurğunun qiyməti təxminən 670 dollar təşkil edir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL