waplog

Azərbaycanda avtobuslarda elektron topoqraflar tətbiq edilə bilər


Azərbaycanda avtobuslarda elektron topoqrafların tətbiqi məsələsi gündəmdədir.

Bu barədə məlumatı  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov verib. Onun sözlərinə görə, qurğu nəqliyyat vasitəsinin gün ərzində iş müddətində hərəkət sürətinə nəzarət etməyə imkan verir. Nəqliyyat Nazirliyi tərəfindən müəyyən təşkilati işlər görülüb. Buna nəzarət Nəqliyyat, həm də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda məsələnin öz həllini tapması gözlənilir.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında bəzi deputatlar  avtobus sürücülərinin sürət həddini aşması, avtobuslarda elektron cihazların qoşulmaması, sürət həddini aşmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması ilə bağlı təkliflərlə çıxış edib.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL