waplog

“Reaction engines” inqilabi texnologiyası avialaynerlərə kosmosa uçmağa imkan verəcək


Böyük Britaniya sərnişinləri 4 saata dünyanın istənilən nöqtəsinə çatdırmağa, eləcə də 15 dəqiqəyə açıq kosmosa çıxmağa imkan verən raket hazırlayır.

Avropa Kosmik Agentliyi (ESA) tərəfindən keçirilən texniki-iqtisadi əsaslandırmadan aydın olub ki, yeni mühərrik növü Avropa tərəfindən həyata keçirilən kosmik buraxılışların dəyərinin azaldılması üzrə proqramın tələblərinə cavab verir.
 
İlkin soyutma inqilabi texnologiyasından istifadə edən “Sabre” (Synergetic Air-Breathing Rocket Engine) mühərriki “Reaction Engines” aerokosmik şirkəti tərəfindən ərsəyə gətirilib. “ESA” nümayəndələrinin sözlərinə görə, yeni raket çoxdəfəli yuxarı pillə ilə təchiz edilsə, o, Avropanın raket buraxılışı üzrə bütün tələblərinə cavab verməklə daha ucuz başa gələcək.
 
“Daily Mail” qəzetinin yazdığına görə, yeni mühərrik kosmosa ucuz və etibarlı çıxışı təmin edəcək unikal “Skylon” kosmik təyyarəsinin əsasını təşkil edəcək.
 
Uzunluğu 85 metr olan “Skylon” təyyarə kimi horizontal qalxma və enmə bacarığına malik olması sayəsində ondan standart raketlərlə müqayisədə təkrar istifadəni asanlaşdırır. Bu təyyarə qiymətinin yüksək olması (1,1 milyard dollar) ilə yanaşı, turistlərin xoşuna gəlməyəcək daha bir çatışmazlığa malikdir. Belə ki, “Skylon”da illüminatorlar yoxdur. Bu problemin həlli üçün sərnişinlərə göyərtədən kənarda baş verənləri seyr etməyə imkan verəcək panoramlı ekranların quraşdırılması təklif olunur.
 
“Skylon” kosmik təyyarəsi "Virgin Galactic” şirkətinin “SpaceShipTwo” suborbital kosmik gəmisinə rəqib ola bilər. “Skylon”un ucuz qiymətə eyni uçuşlar təklif edəcəyi gözlənilir. 
 
“Reaction Engines” şirkətinin qiymətləndirməsinə görə, “Skylon” kosmik buraxılışların dəyərini 95 faiz azaltmağa imkan verəcək. Artıq “Sabre” mühərrikinin 100 uğurlu sınaq buraxılışı həyata keçirilib. “Skylon”un sınaq uçuşlarına 2019-cu ildə başlamaq nəzərdə tutulur.
 
Gələcəkdə “Reaction Engines” şirkəti planetlərarası səyahətlər üçün kosmik gəmi hazırlamağı planlaşdırır, - "Hi-News” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL