waplog

Daha bir bank elektron arayış xidmətindən istifadəyə başlayıb


“Elektron hökumət” portalında qeydiyyatdan keçmiş və ya portalda avtorizasiya üçün digər vasitələrə malik olan vətəndaşlar bu gündən etibarən onlayn rejimdə internet olan istənilən məkandan kredit sifarişi üçün “Bank BTB”-yə müraciət edə bilərlər.
 
 
“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, “Bank BTB”-də elektron arayışdan istifadəyə başlanılması MHM və bank arasında imzalanmış müqavilə əsasında baş tutub.
 
 
Qeyd edək ki, kreditin rəsmiləşdirilməsi üçün iş yerindən arayışı bankın filiallarından da əldə etmək mümkündür. İlkin mərhələdə bu xidmətdən bankın 5 filialında yararlanmaq mümkün olacaq. Bunun üçün vətəndaş yalnız şəxsiyyət vəsiqəsi ilə bankın müvafiq filialına yaxınlaşmalıdır. Qısa zamanda bankın bütün xidmət şəbəkəsinin bu xidmətə qoşulması planlaşdırılır.
 
 
Məlumat üçün bildirək ki, hal-hazırda portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL