waplog

Hüquqi Aktların Dövlət Reyestrinə elektron xidmətlərə dair yeni sənəd daxil edilib


Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında sənəd daxil olunub.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sənəddə komitənin 5 elektron xidmətinin inzibati reqlamentləri əksini tapıb.
 
 
Bu elektron xidmətlərə  "Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu",  "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu", "Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulu" , "Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu", "Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətləri daxildir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL