waplog

Belarus Azərbaycanla kosmik sahədə əməkdaşlıq qurmaqda maraqlıdır


Azərbaycan-Belarus hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında yüksək texnologiyalar sahəsi üzrə əməkdaşlıq imkanları müzakirə ediləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, komissiyanın növbəti iclası gələn ilin birinci rübündə Minskdə keçiriləcək.

Tədbirdə iki ölkənin rabitə nazirlərinin görüşünün keçirilməsi və qarşılıqlı əməkdaşlığın istiqamətlərinin müzakirəsi gözlənilir.

Bu danışıqların əsas mövzusu Azərbaycanla Belarus arasında kosmik sahədə əməkdaşlığın qurulması olacaq.
Belarus alimləri hesab edirlər ki, Azərbaycanın və Belarusun yer səthinin müşahidəsi üçün nəzərdə tutulmuş aşağıorbitli peyklərinin mövcudluğu ölkələrin birləşib elmi araşdırmalarda iştirak etməsi və daha böyük nailiyyətlər əldə etməsi üçün geniş imkanlar var.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL