waplog

Tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə uyğun aparılacaq


Stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı təkmilləşdirilir. Belə ki, 1 yanvar 2015-ci il tarixdən etibarən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı” moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək.
 
Eyni zamanda gün ərzində isə daxil olunan məlumatın çap edilərək arxivləşdirilməsi təmin ediləcək.
 
Bu məqsədlə 25 dekabr tarixinədək müvafiq tibbi heyətə təlimlər keçirilir. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən  (SİM) bildirilib ki, təlimlər Aynur Bağırova və Leyla Cumayeva tərəfindən aparılacaq.
 
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi SİM tərəfindən göstərilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL