waplog

“Google” sürücüsüz avtomobillərinin istehsalı üçün tərəfdaş axtarır


“Google”un sürücüsüz avtomobilin yaradılması üzrə layihəsinin rəhbərləri “The Wall Street Journal” nəşrinə müsahibəsində bildiriblər ki, onların şirkəti avtomobil istehsalçısı olmaq niyyətində deyil. Onlar avtomobil istehsalçıları bazarında artıq mövcud və sabit tərəfdaş axtarır.

"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, “Google” hələ ki onu qane edən tərəfdaş tapmayıb və buna görə İT nəhəngi öz mini-mobil prototiplərini hazırlamaq üçün bir neçə avtomobil komponentləri tədarükçüsünün xidmətindən istifadəyə məcburdur. Belə avtomobil nəqliyyatı saatda 25 mil sürətlə (40 km/saat) hərəkət edə bilər və ölkədaxili səfərlər üçün nəzərdə tutulub.

“Google” avtomobillərin istehsalı ilə məşğul olmamaq niyyətini belə  izah edir ki, diqqətini yalnız proqram hissəsinə yönəltmək və nəticədə son dərəcə keyfiyyətli məhsul təqdim etmək niyyətindədir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL