waplog

“Forrester Research”: “Startup”lar iri sığorta şirkətləri üçün təhlükə törədir”


Yeni nəsil çevik şirkətlər (startup) rəqəmli texnologiyalarla məşğul olan qrupların həcminin artmasına baxmayaraq iri sığorta şirkətləri ilə rəqabət aparır. Belə ki, ənənəvi sığorta şirkətləri rəqəmli texnologiyalardan daha yaxşı xəbərdar olan dinamik “startup”lardan geri qalır.
 
“Forrester Research” şirkətinin analitikləri “Friendsurance”, “Oscar”, “Kroodle”, “Metromile” və “PolicyGenius” şirkətlərinin fəaliyyətini nümunə kimi göstərirlər. Bu şirkətlər diqqəti bazarın gəlirin texnoloji inqilabın yetişdiyi seqmentlərinə yönəldir. Analitiklərin fikrincə, iri texnoloji şirkətlər də yaxın vaxtlarda sığorta bazarında fəaliyyətə başlayacaq.
 
İri sığorta şirkətləri də rəqəmli texnologiyalara investisiya yatırımını genişləndirir. Məsələn, “Aviva” şirkətində bilavasitə şirkət direktoruna tabe olan rəqəmli texnologiyalar üzrə direktor vəzifəsi təsis edilib. Analitiklərin fikrincə, bu tendensiya davam edəcək, halbuki ixtisaslı mütəxəssisləri sığorta sahəsinə cəlb etmək heç də asan olmayacaq.
 
Sığorta şirkətləri mobil və kommunikasiya texnologiyalarına vəsaitlər yatırmaqda davam edir. İnternetə qoşulan avtomobillər və evlər onlar üçün yeni məlumat mənbəyi olacaq və yeni gəlir mənbələri açmağa kömək edəcək, - “Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL