waplog

Azərbaycanlı alimin yeni informasiya texnologiyalarına əsaslanan məqaləsi Oxford İndeksinə daxil edilib


Azərbaycanlı alimlərin elmi məqalələrinin dünyanın elmi-informasiya məkanında əksini tapması, elmi jurnalların beynəlxalq bazalarda indeksləşən jurnallar sırasına daxil edilməsi elmimiz üçün mühüm göstərici hesab edilir və sözügedən istiqamətdə aparılan işlər davam etdirilməkdədir.
 
Bu sahədə daha bir uğur qazanılıb. Belə ki, AMEA İdarəetmə Sistemləri İnstitutunun “Ekoloji proseslərin modelləşdirilməsi” adlı 12 saylı laboratoriyasının rəhbəri Robert Qarayevin “Modelling Caspian sturgeon population dynamics: a new paradigm and new technology” (ICES Journal of Marine Science, 6(1), 2006. Impact Factor=2,525) adlı məqaləsi Böyük Britaniya Milli Elmlər Akademiyasının Oxford İndeksinə (Bölmə: New environmental paradigm)  daxil edilib.  Məqalədə təklif olunan paradiqmanın əsasını yeni informasiya texnologiyaları, o cümlədən, koqnitiv modelləşdirmə, determinasiyalı analiz, ssenarili planlaşdırma təşkil edir.  
 
 
Qeyd edək ki, Qarayev Robert Əsədulla oğlunun rəhbərlik etdiyi 12 saylı laboratoriya 2001-ci ildən koqnitiv texnologiyalar ilə məşğul olur. 2003-cü ildə koqnitiv texnologiyalar sahəsində gördüyü işlərə görə R.Qarayev Rusiya Elmlər Akademiyasının Diplomuna və akad. N.P. Fedorenkanın İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun qrantına layiq görülüb. Ötən illərdə onun koqnitiv mövzu üzrə ABŞ-ın, Böyük Britaniyanın, Hindistanın, Avstraliyanın, Rusiyanın jurnallarında, o cümlədən, “ISI Indexed” (Thomson Reuters) jurnallarında 20-dən çox məqaləsi dərc olunub. R.Ə. Qarayevin  “Problemı teorii i praktiki upravleniya”  № 4, 2012-ci il tarixli jurnalında dərc olunan “Koqnitivnıe instrumentı menedjment-konsaltinqa” məqaləsi bu yaxınlarda rus saytlarında da yerləşdirilib.
 
Aparılan araşdırmalara əsasən, təkcə bu məqaləyə görə sayt sahibləri 70 min manatdan artıq gəlir əldə ediblər. Məqalə Rusiya, Ukrayna, Qazaxıstanın qabaqcıl ali məktəblərinin kitabxana saytlarında yerləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL