waplog

Çin şirkəti saxta mallarla mübarizə üçün 160 milyon dollar xərcləyib


Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng "Alibaba Group Holding” şirkəti 2013-cü ilin əvvəlindən 2014-cü ilin noyabrınadək saxta mallarla mübarizə aparmaq üçün 1 milyard yuan (161 milyon dollar) sərf edib. Bu barədə şirkətin məlumatında deyilir.
 
“Alibaba Group” saxta mallarla mübarizədə öz məsuliyyətinin ciddiliyini dərk edir, - şirkət direktoru Conatan Lu deyib.
 
Saxta malların olması şirkətin beynəlxalq fəaliyyətinə, xüsusilə alıcıların, pərakəndə satış investorlarının və tərəfdaşların cəlb edilməsinə mənfi təsir göstərə bilər.
 
Saxta mallar problemi ümumilikdə Çində ciddi problem olaraq qalır. Noyabrda Çinin onlayn pərakəndə satış şirkətləri birgünlük kütləvi satış keçirdikdən sonra Çin Dövlət Sənaye və Kommersiya İdarəsi bu gün ərzində satılan malların 10 faizindən çoxunun saxta olmasını müəyyən edib, - “Lenta” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL