waplog

DRİ-də qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı 400-ü keçib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.
 
DRİ-dən verilən məlumata görə, 24 dekabr 2014-cü il tarixinə idarədə 437 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 68 istifadəçi dövlət, 304 istifadəçi kommersiya, 32 istifadəçi xarici təşkilat, 33 istifadəçi isə fiziki şəxslərdir.
 
Bu ilin müvafiq dövrü ərzində 7061 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. Qeydiyyatda olan REV-in ümumi sayı 47630 ədəd təşkil edir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL