waplog

“ASUS” ucuz “Pegasus X002” smartfonunu nümayiş etdirib


“ASUS” şirkəti ucuz “Pegasus X002” smartfonunu hazırlayıb.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu qurğu 1.5 QHs takt tezlikli dördnüvəli 64 bitlik “MediaTek MT6732” prosessoru, 5 düymlük HD təsvir ölçülü ekran ilə təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 16 QB təşkil edir.

Ehtiyac olduğu halda “microSD” formatlı yaddaş kartı quraşdırmaq olar. Aparatın arxa panelində 8 meqapiksellik təsvir ölçülü və LED işıqlandırıcıya malik əsas kamera, ön paneldə isə 5 meqapiksellik kamera quraşdırılıb. Aparat “TD-LTE”, “TD-SCDMA” və “GSM” rabitə standartını dəstəkləyir və iki SİM kart quraşdırmağa imkan verir. Akkumulyatorun tutumu 2500 milliamper/saat təşkil edir.

Cihazda öncədən quraşdırılmış “Asus Zen” istifadəçi interfeysli “Android 4.4 KitKat” versiyası istifadə olunur.

Yeni “ASUS Pegasus X002” smartfonu tezliklə təxminən 128 dollara satışa çıxarılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL