waplog

Dövlət Radiotezlik İdarəsi ilin yekunlarını açıqlayıb


Dövlət Radiotezlik İdarəsinin Radiomonitorinq şöbəsi 2014-cü ilin yekunlarını açıqlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Bakı Teleqülləsindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Xırdalan, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zağulba, Maştağa, Müşfiqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
 
Cəmi 228 məntəqədə 2012 ölçü işləri aparılıb. Yuxarıda qeyd olunan yaşayış məntəqələrində Bakı Teleqülləsindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
 
Ümumilikdə 204 məntəqədə 2652 ölçü işləri aparılıb. Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə şöbənin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Naftalan, Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonları ərazisində radiomonitorinq işləri aparılıb.
 
Televiziya üzrə 124 məntəqədə 1007 ölçü işləri aparılıb, radio üzrə 107 məntəqədə 820 ölçü işləri aparılıb. Bu il ərzində şöbəyə kənar maneə təsiri ilə əlaqədar olaraq 23 müraciət daxil olub.
 
Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görülüb.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL