waplog

Gələn il 12 növ arayışın elektron qaydada verilməsi planlaşdırılır


Növbəti ildə “Elektron hökumət” portalı vasitəsilə 12 növ arayışın elektron şəkildə vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, vətəndaşlara yaşayış yeri, diplom, rabitə xidmət borclarının olmaması, kommunal xidmət borclarının olmaması, abituriyentin ali məktəbə daxil olması, iş yeri və əməkhaqqı, sağlamlıq barədə tibbi, pensiya kapitalı, vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışların, eləcə də bəzi etibarnamələrin, şəxsiyyət vəsiqəsinin və daşınmaz əmlak barədə reyestrdən çıxarışın elektron surətlərinin verilməsi planlaşdırılır.
 
Qeyd edək ki, bunun üçün qanunvericilik bazasında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL