waplog

“Kodak” şirkəti “CES 2015” sərgisində öz smartfonunu nümayiş etdirəcək


Dünyanın tanınmış fototexnika istehsalçısı “Eastman Kodak” mobil qurğular bazarına çıxır. İlk smartfon növbəti ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2015” sərgisində nümayiş etdiriləcək.
 
"ICTnews" elektron xəbər xidməti “http://apptractor.ru” saytına istinadən bildirir ki, “Kodak” smartfon istehsalı açmağı planlaşdırmır. Qurğuların istehsalı ilə tərəfdaşı “Bullitt Group” şirkəti məşğul olacaq. İndi bu şirkət “Kodak” ilə birgə smartfon, planşet və kamera istehsal edəcəklər. “Bullitt Mobile”in baş direktoru Oliver Şulte şirkətlərin planını açıqlayıb:
 
“Kodak” dünyanın ən tanınmış brendlərindən biridir. Bu brend  istehlakçıların etibarını qazanıb, yenilik və keyfiyyətinə görə qiymətləndirilir. Biz bu imkandan istifadə edərək cazibədar qurğular seriyası yaratmaq istəyirik.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL