waplog

“Nokia” şirkətinin bütün gələcək “Symbian” telefonları “NFS” çipləri ilə olacaq


“Nokia” şirkəti bu yaxınlarda bildirib ki, 2016-cı il də daxil olmaqla “Symbian” əməliyyat sisteminin dəstəklənməsi həyata keçiriləcək.

Bu gün fin istehsalçısı nümayəndələrinin yeni bəyanatında bildirilib ki, “Symbian” əməliyyat sistemi əsasında olan bütün yeni smartfonlar “NFC” texnologiyasını dəstəkləyəcəklər. “Nokia” şirkətinin bu planı artıq həyata keçməkdədir. Nümunə kimi “C7” monoblokunu göstərmək olar.

Onda inteqrasiya edilmiş “Near Field Communication” (NFC) modulu var. “Nokia” nümayəndələri bildirib ki, 2012-ci ildən mobil “OS Symbian” quraşdırılan bütün əlaqə vasitələri inteqrasiya edilmiş “NFC” çipi ilə olacaqlar.

“Bangkok Post” nəşri “Nokia” şirkətinin vitse-prezidenti İlari Nurminin mesajını dərc edib: "Bundan sonra bizim bütün məhsullarımız inteqrasiya edilmiş “NFC” çipi ilə tədarük olunacaqlar.

“NFC” texnologiyasına əsaslanan ödəmə sistemləri bizim mobil qurğularımızla qarşılıqlı əlaqədə ola biləcəklər".

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL