waplog

Elektron dərslik portalı təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq


2014-cü ildə təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı davam etdirilib. Belə ki, təhsil müəssisələrinə 6000 ədəd kompüter; 3000 ədəd notebook; 700 ədəd proyektor; 1377 ədəd elektron lövhə verilib.
 
Bundan başqa, 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub. 900 nəfər təhsil sisteminin inzibati idarəetmə heyəti işçiləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilib; 650 nəfər “1 şagird: 1 kompüter” təhsil modelinin ümumi təhsil müəssisələrində reallaşdırılmasına yönəlmiş treninqlərə cəlb olunub.
 
 Təhsil Nazirliyindən qeyd edilib ki, 700 nəfər təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə treninqlərə cəlb olunub: “450 nəfər müəllim və inzibati idarəetmə heyəti işçiləri İKT-nin tədrisə tətbiqi üzrə mentorluq treninqlərinə cəlb edilib. 1200 nəfər ibtidai siniflərdə dərs deyəcək müəllim tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə treninqlərə cəlb olunub. 375 nəfər üçün isə Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə treninqlər keçirilib.
 
 Eyni zamanda 2014-cü ildə elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır. Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradacaq”.
 
Təhsil Nazirliyi tərəfindən elektron resursları bir mənbədə cəmləşdirmək üçün “www.e-resurs.edu.az” portalı da yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL