waplog

İnternetə çıxış imkanına malik ən ucuz telefon


"Microsoft" şirkətinin təqdim etdiyi "Nokia 215" modeli şirkətin internetə çıxmaq üçün ən ucuz mobil telefonu kimi tanıdılıb.

Bu halda, aparat yalnız "2G" şəbəkəsində işləyir, amma "Facebook", "Messenger", "Twitter", "Bing Search", "MSN Weather" və "Opera Mini" kimi tətbiqləri dəstəkləyir və müvafiq olaraq, sosial şəbəkələrdə ünsiyyət saxlamağa və veb səhifələrə daxil olmağa imkan verir. Qurğu "Series 30+" proqram platforması ilə işləyir və rəqəmli klaviaturaya malik klassik sadə monoblok telefondur.
 
"ICTnews" elektron xəbər xidməti "ferra.ru" saytına istinadən bildirir ki, "Nokia 215" telefonu 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 0,3 meqapiksellik kamera, daxili fənər, MP3 pleyer və FM radio ilə təchiz edilib, həmçinin simsiz "Bluetooth" interfeysini və "microSD" yaddaş kartını dəstəkləyir.
 
Qurğunun ölçüləri 116x50x12,9 mm, çəkisi  78,6 qramdır. Həmçinin telefonun iki SİM kart dəstəkləyən variantı təklif edilir. "Nokia 215" telefonu qara, ağ və yaşıl rəngli korpuslarda təklif edilir.
 
Yeni model bu ilin birinci rübündə Yaxın Şərq, Afrika, Asiya və Avropada satışa çıxarılacaq. Satış qiyməti 29 dollar təşkil edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL