waplog

Koreya şirkəti “OLED” displeyli televizorları inkişaf etdirir


Kvant piksellər texnologiyasının inkişafına baxmayaraq Cənubi Koreyanın “LG” şirkəti “OLED” (üzvi işıq diodlu) displeyli televizorları inkişaf etdirməkdə davam etdirir.  
 
İstehsalçı Las-Veqasda keçirilən “CES” sərgisində “4K” təsvir ölçüsünə malik və “OLED” texnologiyalarına əsaslanan bir neçə televizor nümayiş etdirib. Bildirilir ki, bu texnologiyalar rəqiblərlə müqayisədə daha rəngarəng və əlavə təsvirə malikdir. 
 
“LG” müxtəlif diaqonallı bir neçə model, eləcə də bükük və düz ekranlı televizorların versiyalarını təqdim edib. Qurğuların diaqonalı 55-77 düym arasında dəyişir. Bundan başqa, onlar müxtəlif dizaynlı istehsal xəttinə aiddir. İstehsal xətlərindən biri “Art Slim” adlanır.
 
Bundan əlavə, şirkət diqqəti yeni “OLED” televizorlara quraşdırılan akustik sistemə yönəldəcək. Qeyd olunur ki, akustika “Harman/Kardon” şirkəti ilə birlikdə hazırlanıb və yüksək səs keyfiyyətinə malikdir.
 
Televizorların qiyməti barədə məlumat verilməsə də, onların 10-15 min dollar arasında olması gözlənilir.
 
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - "Hi-News” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL