waplog

“CES 2015”: “Intel” kiçikölçülü “HDMI” kompüterini nümayiş etdirib


“Intel” şirkəti “CES 2015” elektronika sərgisində “Windows 8.1”  əməliyyat sistemi ilə işləyən və asanlıqla cibə yerləşən mini-kompüterini nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, “Intel” şirkətinin kiçikölçülü cihazı “Atom Bay Trail” prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Şirkətin “Compute Stick” qurğusu “HDMI” konnektoruna malik monitor və ya televizorlara qoşulmaq üçün nəzərdə tutulub.
 
Bundan başqa, qurğu “microSD” slotu, “Wi-Fi 802.11n” və “Bluetooth” simsiz rabitə modulları, “USB” və “microUSB” portları ilə təchiz edilib.
 
“Intel Compute Stick” mini-kompüterinin satış qiyməti 149 dollar dəyərində qiymətləndirilib, bu ilin martında cihazın satışlarına başlanılacaq.
 
Emil Hüseynov

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL