waplog

Azərbaycanda muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşüb


Azərbaycan Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatında işləyənlərin sayı və əmək haqqı barədə statistik göstəriciləri açıqlayıb.
 
Komitəsən verilən məlumata görə, 2014-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,7 min nəfər olub, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 624,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olublar.
 
Komitənin məlumatında həmçinin deyilir ki, 2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL