waplog

Bu gün "Amazon.com" internet mağazasının yaradıcısı anadan olub


1964-cü il yanvarın 12-də "Amazon.com" internet mağazasının yaradıcısı Ceff Bezos anadan olub.
 
O, Priston Universitetində informatika fakültəsini bitirdikdən sonra Uoll-Stritdə işləməyə başlayıb. Daha sonra iş yerini dəyişdirərək kiçik "Fitel" şirkətində çalışmağa başlayıb və sonuncu üçün beynəlxalq ticarət şəbəkəsi yaratmağa səy göstərib. Lakin Bezos müəyyən müddətdən sonra başa düşüb ki, sözügedən şirkəti beynəlxalq səviyyəyə çıxartmaq mümkün olmayacaq və "D.E. Shaw & Co"ya getmək qərarı verib. Orada vitse-prezident vəzifəsində çalışıb.
 
O, 1994-cü ildə "Amazon.com" internet mağazasını təsis edib. Mağazada ilk öncə yalnız kitablar satılıb, 4 il sonra musiqi və videodisklər, daha sonra isə oyuncaq, geyim, mebel, texnika satışlarına başlanılıb.
 
"Amazon" dünyanın ən böyük internet mağazasıdır. 2011-ci ildə onun satış həcmi 48,08 milyard dollar olub.
 
Ceff Bezos, həmçinin super orbital raket istehsalı ilə məşğul olan "Blue Origin" kosmik şirkətinə sərmayə yatırır.
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL