waplog

Gənc bloqçular üçün seminar keçiriləcək


”İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi ötən ay Quba rayonunda 30 gənc üçün seminar keçirib.

Gənc bloqçuların fəaliyyətini dəstəkləməyi qarşısına məqsəd qoyan mərkəz bu istiqamətdə tədbirlərini davam etdirir.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, növbəti seminar sentyabrın 11-də İsmayıllı rayonunda açıq havada təşkil olunacaq.

Tədbirdə ekspertlərin çıxışları, bloqlarla bağlı müzakirələrin aparılması planlaşdırılır.

Seminarda iştirak etmək istəyənlər ad, soyad, əlaqə nömrələri və bloqlarının ünvanını sentyabrın 8-dək “itm@ireli.az” ünvanına göndərməlidirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL