waplog

Şirvan şəhərində Qafqaz regionunda analoqu olmayan müştəri xidmətləri mərkəzi yaradılır (FOTOLAR)


 
 Şirvan Regional Poçt Filialının Müştəri xidmətləri mərkəzi Avropa standartlarına uyğun olaraq tamamilə yenidən qurulur.

Bu barədə “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayev məlumat verib. Onun sözlərinə görə, hazırda tikilən yeni xidmət mərkəzinin  Qafqaz respublikalarının regionlarda fəaliyyət göstərən Poçt Filialları sırasında analoqu yoxdur. Hətta yeni yaradılan xidmət mərkəzi istənilən paytaxtın mərkəzi poçtları ilə rəqabət apararaq onları üstələyə bilər. Ən yüksək tələblər səviyyəsində tamamilə yenidən qurulan Müştəri xidmətləri mərkəzində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.





Bunun üçün MXM-in bir tərəfində bank əməliyyatları üçün, digər tərəfində isə poçt əməliyyatları üçün masalar qurulub. Bundan əlavə, poçt rabitəsi sahəsində ilk dəfə olaraq MXM-də valideynləri ilə gələn uşaqlar üçün istirahət guşəsi yaradılacaq. Artıq bununla əlaqədar MXM-də işlər davam etdirilir.
 




Qeyd edək ki, Şirvan Regional Poçt Filialı müəssisə, təşkilatlara şəhər əhalisinə Müştəri xidmətləri şöbəsi və 6 poçt şöbəsi vasitəsilə xidmət edir. Bütün poçt şöbələri yeni tikilən binalarda yerləşir və müasir texniki avadanlıqlarla təchiz edilib.

 



Müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün poçt şöbələrində hər cür şərait var. Poçt Filialı tərəfindən yeni xidmətlərin yaradılması üçün davamlı tədbirlər həyata keçirilir.
 
 

RƏVAN
 



 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL