waplog

Yalnız 7 faiz kənd ümumi təhsil müəssisəsi elektron poçt ünvanına malikdir


Azərbaycanda məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5  faizi, kənd yerlərində isə 90.9 faizi kompüterlərlə təmin olunub.
 
Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, əvvəlki illə müqayisədə kompüterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatıb:
 
"Hazırda hər 22 şagirdə orta hesabla bir kompüter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompüter düşürdü. Cari tədris ilinin əvvəlinə 84,8 faiz şəhər, 38,4 faiz kənd ümumi təhsil müəssisələrinin internetə çıxışı, 43,9 faiz şəhər, 7,0 faiz kənd ümumi təhsil müəssisələrinin isə elektron poçt ünvanı olub".
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL