waplog

Bakıda “Oracle Day 2015” keçiriləcək


Fevralın 12-də Azərbaycanda yeni texnologiyalara həsr olunmuş növbəti “Oracle Day Baku” konfransı keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində yeni imkanların və biznes-modellərin stimullaşdırılması, texnologiyalarla bağlı ümumi problemlərin həlli, innovasiyaların təşviqi məqsədi ilə şirkətlərin İT infrastrukturunun optimallaşdırılması, “Oracle” şirkətinin ən son həlləri ilə bağlı məruzələr və təqdimatlar təqdim ediləcək.
 
Konfransda EMEA regionunun bir neçə ölkəsindən “Oracle” məhsulları üzrə mütəxəssislər çıxış edəcəklər və demo-təqdimatlar nümayiş edəcəklər.
 
 Tədbir “Intel”, “Sinam”, “R.I.S.K.” və “IT Solutions” şirkətlərinin birgə dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL