waplog

Çinlilər daha çox “iPhone” smartfonunu satın alır


Analitiklərin qiymətləndirməsinə görə, “Apple” dünyanın ən böyük operatoru olan “China Mobile” ilə saziş imzalaması və “iPhone 6” smartfonunun istehsalı sayəsində Çin bazarında dönüş yaratmağa nail olub. Bu haqda “UBS” tədqiqat şirkətinə istinadən “The Financial Times” nəşri yazıb.

Qəzet yazır ki, bu həftə “Apple” elan edəcək ki, 2014-cü ildə çinlilər daha aktiv “iPhone” alıcısı olublar. Analitiklər hesab edir ki, "alma" smartfonlarının Çində satış həcmi ilk dəfə ABŞ-dakı göstəricidən yaxşı ola bilər.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ötən ilin dördüncü rübündə “iPhone” tədarükünün 36 faizi Çinin, 24 faizi isə ABŞ-ın payına düşüb.

Nəşr, həmçinin ona diqqət yetirir ki, Çin bazarında “Samsung”un problemləri fonunda “iPhone” smartfonunun mövqeyi güclənir.

Emil Hüseynov
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL