waplog

“iPhone” smartfonlarının sahibləri daha ağıllıdırlar


İnternet reklam sahəsində ixtisaslaşmış "Chitika" analitik şirkətinin araşdırmasına əsasən, "iPhone" sahibləri "Android" əməliyyat sistemi ilə işləyən smartfon sahiblərindən daha ağıllıdır.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "iPhone smartfonundan istifadə edirsiniz? O zaman sizi təbrik edirik! Siz "Android" smartfon istifadəçisindən ağıllısınız". "Chitika" şirkətinin "CNNMoney" saytında dərc edilmiş məqaləsi belə başlayır.
 
Şirkət istifadəçilərin ABŞ-ın müxtəlif ştatlarında hansı tip smartfonlardan şəbəkəyə çıxdığını araşdırıb. Məlum olub ki, maksimal yüksək təhsil səviyyəsinə malik ən firavan regionlarda "iPhone" smartfonundan istifadə edənlər çoxdur.
Alyaska, Montana və Vermont ştatlarında "iPhone" smartfonlarına, Nyu-Meksika, Delaver və Ayovada isə "Android" əsaslı aparatlara üstünlük verirlər.
 
"Chitika" tədqiqat şirkətindən bildirilib ki, satılmış "iPhone" smartfonlarının sayı ali təhsilli əhalinin sayına bərabərdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL