waplog

Naxçıvan MR-də 1 il ərzində sabit şəbəkəyə qoşulan yeni telefonların sayı 5420-yə çatıb


Naxçıvan Muxtar Respublikasında  2014-cü ildə 5420 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 yanvar 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 71-ə çatıb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb. 

2014-cü ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ildəki müvafiq göstəricini 2,3 faiz üstələyərək 46 milyon 86 min manat olub. Ümumi xidmətlərin 83,8 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2013-cü illə müqayisədə 0,7 faiz çoxdur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL