waplog

HTC mayda 1,42 milyard dollar qazanıb


Motorola Xoom və Samsung Galaxy Tab iPad kölgəsindən çıxmağa və istehsalçılar smartfon və planşet bazarında möhkəmlənməyə çalışdığı bir vaxtda Tayvanın HTC şirkətinin satış həcmləri artmağa davam edir. Bu gün şirkət 2011-ci il may ayı ərzində satışların 1,42 milyard dollara çatdığını elan edib. Beləliklə, 1 il ərzində HTC öz gəlirlərini ikiqat artırıb.
Şirkət bazara əvvəlcə Windows Mobile ilə olan telefonlarla (indiki model sırasında Windows Phone 7 ilə olan qurğular da var) çıxıb. Şirkətin nüfuzu 2009-cu ildə, Android smartfonlarını istehsal etməyə başladıqdan sonra artıb. 2011-ci ilin birinci rübünün nəticələrinə görə, HTC 9,7 milyon qurğu satıb.
Şirkətin gəlirləri isə 3.63 milyard dollar təşkil edib.
Şirkət ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artımın 103-113% olacağını və satışların 97% artacağını bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL