waplog

Çin hakimiyyəti internetə nəzarəti daha da gücləndirib


“The Wall Street Journal” (WSJ) nəşri yazır ki, Çin hökuməti çinli istifadəçiləri qlobal şəbəkədən ayıran internet filtr sistemini təkmilləşdirməklə internetə nəzarəti gücləndirib.
 
Çinin internet filtr sisteminin son müasirləşdirməsi çinlilərin virtual şəxsi şəbəkələrdən (virtual private networks, VPN) istifadəsini çətinləşdirib. VPN adətən bloklamanı keçərək ABŞ-ın “Facebook” və “Twitter” kimi xidmətlərinə qoşulmaq üçün tətbiq edilir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Çin hakimiyyəti VPN xidmətlərin bloklamasını rəsmən təsdiqləyib və izah edib ki, internetin inkişafı üçün belə addıma ehtiyac var idi.
 
“VPN” istifadəçi və xidmət serveri arasında ötürülmüş məlumatları şifrləməyə imkan verir. Bundan sonra xidmət istifadəçinin yerləşdiyi yerlə əlaqədar qadağan edilmiş saytlara sorğu edə və daha sonra əldə olunmuş informasiyanı istifadəçiyə göstərə bilər.
 
Emil Hüseynov

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL